Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun axtarışları başa çatıb. Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun axtarışları başa çatıb.

Dənizdə batan var - Yenilənib

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun axtarışları başa çatıb.

FHN-dən AzNews.az-a verilən məlumata görə, N.Bağırzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
17:28

Xəzər dənizində 1 nəfər batıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzNews.az