12:21
(077) 610-22-33

3 maşın toqquşdu

  • >
226 1 Aprel 2013 07:08 | Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı yolunun 44-cü kilometrliyində 2 "Mercedes" və 1 "VAZ" markalı minik avtomobilləri toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, deformasiyaya uğramış "Mercedes" markalı avtomobildə 1 nəfər sərnişin xəsarət alaraq sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 02:45-də başa çatıb.


Elnarə
AzNews.az

Bağla X