- Köhnə - Hadisə
- 20 Sentyabr 2018 23:06
- 4 266
Sahibsiz it 6 yaşlı qızın üzünü parçaladı
Şəki rayonunda itqapma hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Kiş kəndində 2012-ci il təvəllüdlü yerli sakin Kərimova Ləman Şamxal qızı anası ilə yolla gedərkən sahibsiz itin hucumuna məruz qalıb.
İt 6 yaşlı Ləmanın sol üzündən dişləyərək qaçıb. Uşaq valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan “Report”a bildirilib ki, L.Kərimovaya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.
AzNews.az