Sabirabad da intihar hadisəsi baş verib. Sabirabad da intihar hadisəsi baş verib.

Bir ailədən 4 nəfər intihar edib – Sabirabadda

Sabirabad da intihar hadisəsi baş verib.

Rayonun Qaratəpəkəndsakini, 1954-cü il təvəllüdlü Aydın Tağıyev özünü yaşadığı evdə asaraq öldürüb.

Qaratəpə kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə bu gün saat 04:00 radələrində baş verib:

“Aydın Tağıyev ailəlidir, övladları var. Uzun illər rayonda yol idarəsində fəhlə işləyib. 3 ay əvvəl səhhətində ağır problem yarandı. Müalicə alırdı, amma vəziyyəti düzəlmirdi. Həddindən artıq əsəbi idi. Dünən məscidə gedib. Oradan evə gəlib, səhərə yaxın isə özünü asıb”.

Kənd sakinləri deyir ki, Aydın Tağıyevin ailəsində intihar faktı tez-tez təkrarlanan haldır: “Bundan əvvəl qardaşı, əmisi oğlu, bacısı da özünü asıb”.

Bahar RÜSTƏMLİ
AzNews.az