İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Motosikletçi “Mercedes”lə toqquşdu - Xəstəxanalıq oldu

İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Qaralar kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Əmənov Vəli Xosrov oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən motosikletin sürücüsü avtomobilin ön şüşəsinə çırpılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan V.Əmənov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az