Sumqayıtda intihara cəhdin qarşısı alınıb. Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Özünü binadan atmaq istəyirdi, amma...

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

AzNews.az