Türkiyədə 14 yaşlı oğlan anasının sevgilisini odlu silahla qətlə yetirib. Türkiyədə 14 yaşlı oğlan anasının sevgilisini odlu silahla qətlə yetirib.

14 yaşlı oğlan anasının sevgilisini güllələdi - “Ərim evdə deyil, bizə gəl”

Türkiyədə 14 yaşlı oğlan anasının sevgilisini odlu silahla qətlə yetirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana vilayətində 3 gün əvvəl törədilən hadisənin təfərrüatları məlum olub. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polisə “məni təhqir etdiyi üçün mərhumu öldürdüm” deyə ifadə verib. Onun ata-anası isə hadisə barədə məlumatsız olduqlarının bildiriblər.

Hadisənin baş verdiyi ərazidəki müşahidə kameralarına baxış keçirilib. Məlum olub ki, hadisə zamanı valideynləri əlində silah tutan yeniyetməyə vuracağı şəxsi göstərirlər. Araşdırma zamanı yeniyetmənin anasının öldürülən şəxslə əlaqəsi üzə çıxıb. Qadın mobil telefonla mərhuma “ərim evdə deyil, təkəm bizə gəl, ya da ünvanı de, mən sizə gəlim” yazıb. Həmin yazışmadan sonra mərhumun motosikletlə qadının evinə gəldiyi müəyyənləşib.

Bildirilir ki, qadının əri onların münasibətindən şübhələnib. Ancaq qadın ərinə həmin şəxsin onu narahat etdiyini deyib. Bundan sonra yeniyetmə oğullarına həmin şəxsi öldürməyi tapşırıblar. Sonda bu hadisə baş verib.

Hər üç şəxs saxlanılıb.

Nigar CƏFƏR
AzNews.az