"Əgər 1 ay da həbsdə qalsa onun vəziyyətinin necə olacağını düşünməyə belə qorxuram" "Əgər 1 ay da həbsdə qalsa onun vəziyyətinin necə olacağını düşünməyə belə qorxuram"

İcra başçısının həbs etdirdiyi qadının səhhəti ağırlaşıb

"Əgər 1 ay da həbsdə qalsa onun vəziyyətinin necə olacağını düşünməyə belə qorxuram"



Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin iddiası əsasında həbs edilərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş rayon sakini Şəfəq Şəfərəliyevanın vəziyyəti həbsxanada pisləşib.

Bunu AzNews.az-a Ş.Səfərəliyevanın oğlu Aydın Aydınlı bildirib. Onun sözlərinə görə, anasının səhhəttində ciddi problemlər yaranıb: "Əgər 1 ay da həbsdə qalsa onun vəziyyətinin necə olacağını düşünməyə belə qorxuram".

A.Aydınlı bildirib ki, bir müddət əvvəl aclıq aksiyası keçirən Ş.Səfərəliyeva artıq aksiyanı dayandırıb: "Vəkil məsləhət gördü ki, bu vasitə ilə heç nə əldə etmək mümkün deyil. Həm də səhhətti aclıq aksiyası keçirməyə imkan vermirdi. Buna görə də aksiyanı dayandırdı. İndi ancaq apellyasiya məhkəməsini gözləyirik. İşə nə vaxt baxılacağı isə hələlik məlum deyil".

Məlumat üçün bildirək ki, Ş.Səfərəliyeva rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevi ona təcavüz etməkdə ittiham edirdi. İcra başçısı isə öz növbəsində məhkəməyə müraciət edərək Ş. Səfərəliyevaya qarşı iddia qaldırıb. Nəticədə Yasamal rayon məhkəməsinin qərarı ilə Ş.Səfərəliyeva 4 il 6 ay azadlıqdan məhrum edilib.

Elnarə Əlosmanqızı
AzNews.az