Zaqatala rayonunda “Ayşə” şadlıq evinin tualetində meyiti tapılan kişinin ölümü ilə bağlı bəzi təfərrütlar məlum olub. Zaqatala rayonunda “Ayşə” şadlıq evinin tualetində meyiti tapılan kişinin ölümü ilə bağlı bəzi təfərrütlar məlum olub.

Meyiti tapılan kişinin ölüm səbəbi bilindi - Unitazda oturduğu yerdə keçinib

Zaqatala rayonunda “Ayşə” şadlıq evinin tualetində meyiti tapılan kişinin ölümü ilə bağlı bəzi təfərrütlar məlum olub.

Rayonun Göyəm kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyev unitazda oturduğu yerdə ölüb:

“Kamil yaşlı kişidir. Ayaqyoluna girib, unitazda oturduğu yerdə keçinib. Yaşlı adamdır, görünür ürəyində problemi olub”.

Qeyd edək ki, Zaqatala rayonunda “Ayşə” şadlıq evinin ayaqyolunda kişi meyiti tapılıb. Ölən şəxsin Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyev oldğu müəyyənləşib.

Bahar RÜSTƏMLİ
AzNews.az