19:05
(077) 610-22-33

İmişlidə qəza: yaralılar var

  • >
182 1 Aprel 2013 15:28 | Hadisə

Imişli rayonunda baş verən qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində İmişli-Saatlı avtomobil yolunun 3 kilometrliyində, Cavadxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, İmişli istiqamətində hərəkətdə olan 1985 ci il təvəllüdlü İntiqam Nuriyevə məxsus "Vaz-2107" markalı avtomobillə qarşı istiqamətdən gələn 1990-cı il təvəllüdlü Mahir Nurullayevin idarə etdiyi "Qaz-2410" markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və avtomobillərdə olan sərnişinlər - 47 yaşlı Adil Quliyev, 14 yaşlı Mirzəxan Yusifzadə, 15 yaşlı Rauf Kazımov və 38 yaşlı Behbud Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X