06:33
(077) 610-22-33

Qanvermə aksiyası keçirildi

  • >
499 1 Aprel 2013 22:20 | Hadisə

Mingəçevir şəhərində qanvermə aksiyası keçirilib. APA-nın məlumatına görə müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik məqsədilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasında keçirilən xeyriyyə aksiyasına 150 nəfər qoşulub. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Mingəçevir filialının əməkdaşları könüllü olaraq iştirak edən vətəndaşlardan 30 litr qan götürüblər. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

AzNews.az
Bağla X