Bakı şəhərinin Binəqədi rayonu ərazisində bir neçə nəfərin iştirakı ilə dava-dalaş olub Bakı şəhərinin Binəqədi rayonu ərazisində bir neçə nəfərin iştirakı ilə dava-dalaş olub

Bakıda kütləvi dava: 2 yaralı

Bakı şəhərinin Binəqədi rayonu ərazisində bir neçə nəfərin iştirakı ilə dava-dalaş olub



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dava zamanı şəhər sakinləri Təbriz Allehverdiyev və Pərviz İmanov bıçaqlanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalarla davada iştirak etmiş daha bir şəxs – Yaqub Həsənov da müəyyənləşdirilib. Bildirilir ki, P.İmanovla T.Allahverdiyev dava zamanı bir-birlərinə xəsarət yetirib.

Hazırda Binəqədi RPİ-də faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az