“Gürcüstanda mina partlamasından yaralanan azərbaycanlının sağalmağına ümid yoxdur.” “Gürcüstanda mina partlamasından yaralanan azərbaycanlının sağalmağına ümid yoxdur.”

Minaya düşən həmyerlimizin sağ qalma ehtimalı azdır

“Gürcüstanda mina partlamasından yaralanan azərbaycanlının sağalmağına ümid yoxdur.”



Bu açıqlamanı APA-nın Gürcüstan bürosuna Kirəc-Muğanlı kənd sakini, Qaçağan kənd icra nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov verib.

Onun sözlərinə görə, mina hadisəsi martın 31-də axşam saat 18.00 radələrində baş verib: "Sərxan Musayev dostunun mal-qarasını Azərbaycan sərhəd xəttinə yaxın olan Kirəc-Muğanlı kəndinin kənarından qaytararkən partlayış baş verib. Partlayan köhnədən qalma minadır. Sərxan Musayev Qaçağan kəndindəndir, 25 yaşı var, evli deyil. Bədənində sağ yeri qalmayıb, deşik-deşikdir. Güclü partlayış bədəninin yarısını parça-parça edib. Hazırda Rustavidəki xəstəxananın reanimasiya şöbəsində saxlanır. Həkimlərin səyinə baxmayaraq, o, hələ də ayılmayıb. Sağalmağına ümid yoxdur".

Arif Məmmədov minaya düşmüş şəxsin kasıb ailədən olduğunu deyib: "Sərxan Musayev Sınıq Körpü sərhəd məntəqəsində sərhədi keçənlərin yükünü daşımaqla məşğul olur, gündəlik çörək pulu qazanırdı".

Məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az