Cəbhədə gərginlik davam edir Cəbhədə gərginlik davam edir

Atəşkəs pozulub

Cəbhədə gərginlik davam edir



Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Göyarx, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az