17:57
(077) 610-22-33

Bakı bulvarında çökmə müşahidə olunur

  • >
353 1 May 2013 07:57 | Hadisə

Keçən il paytaxt sakinlərinin ixtiyarına verilən Bakı Bulvarının yeni hissəsində və ətrafında xeyli müddətdir ki, təmir işləri aparılır.

Publika.az-ın məlumatına görə, ən acınacaqlı vəziyyət isə parkın ətrafında, Dalğa-Plaza ilə Bayıl qəsəbəsi arasındakı yolun kənarlarında yaranıb. Yolun parkla arasındakı səkilərdə böyük çatlar və çökmə müşahidə olunur. Bu səbəbdən də üzlük daşlar və səkilərə döşənmiş örtük bəzi hissələrdə sökülüb.

Ərazidə iş aparan şəxslər bildiriblər ki, çökməyə səbəb bulvarın kənarlarında və yeni salınmış yolun alt hissəsində torpaq qatının hələ bərkiməməsidir. Bundan başqa parkın kənarlarındakı ot örtüyünün və ağacların daimi sulanması da müəyyən çökəyə səbəb ola bilər.

AzNews.az
image description image description image description image description image description
Bağla X