10:22
(077) 610-22-33

Çimərliklərdə monitorinqlərə başlanılıb

  • >
407 1 May 2013 08:06 | Hadisə

Səhiyyə Nazirliyi bu gündən Azərbaycanda açıq su mənbələrində, çimərliklərdə vəba törədicilərinin və digər təhlükəli infeksiyaların aşkarlanması məqsədilə monitorinqlərə başlayır



APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası tərəfindən aparılacaq monitorinqlər noyabr ayına kimi davam edəcək.

Bu müddət ərzində su hövzələrindən nümunələr götürülərək Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyalarında yoxlanılacaq. Vəba xəstəliyi mövsümü xarakter daşıyır və əsasən may ayından müşahidə olunur.

Son illər bu xəstəlik respublikada qeydə alınmasa da, müvafiq profilaktik tədbirlər davam etdirilir.

AzNews.az
Bağla X