Bu yollarda hərəkət dayandırılacaq: SİYAHI + FOTO

Bu gün Azərbaycanda beynəlxalq velosiped turu başlayır. Heydər Əliyev Mərkəzinin qarşısında start götürəcək. Beynəlxalq velosiped turu ilə əlaqədar paytaxtın, və eləcə də Respublika əhəmiyyətli bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, keçiriləcək yarışla əlaqədar bəzi günlərdə müxtəlif yollarda avtomobillərin hərəkəti dayandırılacaq.

Yarış günlərində bağlanacaq yolların siyahısı:

May ayının 1-də səhər saat 09.00-dan 14.30-dək Heydər Əliyev prospekti;

May ayının 2-də saat 09.00-dan 15.30-dək Bakı şəhərinin Şıx ərazisindən Şamaxı və İsmayıllı şəhərləri istiqaməti;

May ayının 3-də saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqaməti;
May ayının 3-də saat 09.00-dan 13.30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqaməti Pirqulu kəndinədək;

May ayının 5-də səhər saat 09.00-dan 14.00-dək Azadlıq və Azneft meydanları, Neftçilər, Parlament, İnşaatçılar, Hüseyn Cavid, Üzeir Hacıbəyov və Bülbül prospektləri, eləcə də Zərifə Əliyeva, Niyazi, Sona Vəliyeva, Teymur Elçin, Mehdi Hüseyn, Bakıxanov, Səməd Vurğun, Füzuli və Puşkin küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Artıq səhər saatlarında Heydər Əliyev prospekti, Babək prospektinin kəsişməsində tıxaclar yaranıb.//azxeber//

AzNews.az
image description image description image description image description