13:46
(077) 610-22-33

M.Ə.Rəsulzadənin portreti niyə götürülməlidir ki?-AÇIQLAMA

  • >
492 1 May 2013 09:43 | Hadisə

Metropoliten Rəsulzadənin şəkli məsələsinə aydınlıq gətirdi

Bir sıra KİV-də Bakı metrosunun "28 may" stansiyasında M.Ə.Rəsulzadənin şəklinin kartonla örtülməsi və eyni zamanda, divarlardakı bayraq, gerb və digər atributların dağıdılması ilə bağlı xəbərlər yayılıb. Məsələ ilə bağlı Bakı Metropilteni ilə əlaqə saxlanılıb.

Metropolitenin baş mühəndisi Elbrus Muradovun Lent.az-a bildirdiyinə görə, Rəsulzadəyə qarşı hörmətsizlikdən söhbət belə gedə bilməz. "Hazırda həmin stansiyada təmir işləri gedir. Üstü tozlanmasın deyə, Rəsulzadənin portretinin üstü örtülüb. Onun portreti niyə götürülməlidir ki? Təmirdən sonra portret də yerində qalacaq"-deyə, E. Muradov əlavə edib.

AzNews.az
Bağla X