10:20
(077) 610-22-33

Avtomobillərə jalüzlərin vurulmasına icazə verildi

  • >
299 1 May 2013 10:03 | Hadisə

Bu gündən etibarən Azərbaycanda nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verilib



APA-nın məlumatına görə, Azərbaycan prezidenti vətəndaşlardan daxil olan müraciətləri nəzərə alaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yay mövsümündə nəqliyyat vasitələrində jalüzlərin istifadəsi qaydalarının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib.

Tapşırığa uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Əvvəlki standartlara görə, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin işıq buraxma qabiliyyəti isə 60%-dən az olmamalı idi. Həmçinin, Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək.

Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı mayın 1-dən müəyyən edilib.


AzNews.az
Bağla X