Bu gün Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib Bu gün Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib

Gənc oğlan özünü partlatdı - Yenilənib

Bu gün Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib



Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə saat 15 radələrində, Z.Hacıbəyov küçəsi, döngə 2, ev 8 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Kamran Xəlil oğlu əlindəki qumbara ilə özünü partladıb. Partlayışın gücündən onun bədəni bir neçə parçaya bölünüb və ətrafa səpələnib.

İlkin məlumata görə, hadisə vaxtı K.Məmədov evdə tək olub.

Dəhşətli olayın təfərrüatları hələlik məlum deyil.

*** 18:03
Hadisə şahidlərinin verdiyi məlumata görə, Z.Hacıyev küçəsində yerləşən mənzillərdən birində güclü partlayış baş verib. Evdə olan bir nəfər həlak olub.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, evdə qumbara partlayıb. Evdə olan gənc oğlan əlindəki qumbaranın alışdırıcısını açaraq partlayış törədib və bu yolla intihar edib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları çalışır.


AzNews.az