“Nida”çılara olunan yasaq aradan qaldırıldı

Vəkil Fariz Namazlı Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovla görüşüb. Bu barədə hərəkatın mətbuat xidmətinin rəhbəri Elmin Bədəlov məlumat verib: "Məmməd Əzizovun vəkili Fariz Namazlı bildirdi ki, həbsdəki "Nida"çının saxlanma şəraitindən narazılığı yoxdur. Vəkilin sözlərinə görə M.Əzizov artıq ailəsi ilə də görüşüb. Eyni zamanda vicdan məhbusuna oxumaq üçün qəzet də verirlər. Məmməd Əzizov hər gün abunə olduğu "Yeni Müsavat" qəzetini aldığını da vəkilinə deyib. Məmmədin hələlik saxlanma şəraitindən narazılığı yoxdur".

Qeyd edək ki, "Nida" Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbs olunub. İctimaiyyət gənclərin həbsini haqsızlıq kimi qiymətləndirir. Beynəlxalq "Amnesty İnternational" təşkilatı gəncləri vicdan məhbusu elan edib.//musavat.com//

AzNews.az