13:43
(077) 610-22-33

“Ata, evə tez gəl“ - FOTOLAR

  • >
195 1 May 2013 18:48 | Hadisə

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, bu gün 15 :00-da Bakının Nobel prospektində icazəli aksiya keçirilib.


"Beynəlxalq zəhmətkeşlər günü" kimi əksər dünya ölkələrində qeyd olunan 1 May bayramı bu il ölkəmizdə də qeyd olunub.

Tədbir Azərbaycan Kommunist Partiyası (AKP) və "Qırmızı Sol Gənclər Birliyi"nin təşəbbüsü ilə həyata keçirildi. Məqsəd işçilərin yanında olduqlarını ictimaiyyətə və başlıca olaraq işçilərin özünə bir daha xatırlatmaq olub. Aksiya Fəhlə heykəlinin qarşısında baş tutub.

Tədbirdə solçu gənclər və AKP-nin üzvləri iştirak ediblər. Əllərində bayraqlar və plakatlar olan gənclər "Yaşasın sosializm. Rədd olsun faşizm və kapitalizm", "Ata, evə tez gəl", "Yolumuz işçi sinfinin yoludur", "Bütün dünya proletarları birləşin", "Rədd olsun Amerikan imperializmi" və s. şüarlar səsləndiblər.

Aksiya tam sivil şəkildə keçbi və heç bir polis müdaxiləsi, insident baş verməyib. Aksiyada AKP-nin üzvləri çıxış etdilər və bütün dünya zəhmətkeşlərini təbrik ediblər. Daha sonra marksist yazar Məmməd Süleymanov çıxış edib və bu uzun yolun perspektivlərindən söz açıb. Həmçinin gənclərə də söz verildi və onlar fikirlərini bölüşüblər. Aksiya solçu gənclərin rok musiqiləri ilə yekunlaşıb.

AzNews.az
image description image description image description
Bağla X