İranda azərbaycanlı jurnalistdən 20 milyon aldılar

İranda "Traktorspor" saytının baş redaktoru, "Heyran" ləqəbi ilə tanınan Mehdi Heydəri girov müqabilində azadlığa buraxılıb.

20 milyon tümən girov müqabilində məhkəməyə qədər azad edilən jurnalistin mənzilində axtarış zamanı götürülən kompüter və bir sıra şəxsi əşyaları qaytarılmayıb.

M.Heydərinin həbsinə son günlər Təbrizin məşhur "Traktorsazi" futbol komandasının prezidenti Məhəmməd Hüseyn Cəfərini sərt tənqid etməsi ilə əlaqələndirilirdi.

Elnarə
AzNews.az