00:34
(077) 610-22-33

82 yaşlı qadın qayalıqdan çaya düşərək ölüb

  • >
278 2 May 2013 08:11 | Hadisə

Qaxda 82 yaşlı qadın qayadan yıxılaraq ölüb



Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun İlisu kəndində baş verib.

İlisu kənd sakini, 1931-ci il təvəllüdlü Camalova Kəlmət Tahir qızı qayadan yıxılaraq Kürmük çayına düşüb. Bir neçə saat köməksiz qalan Kəlmət Camalova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının və rayon hüquq-mühafizə orqanı əməkdaşlarının səyi nəticəsində K. Camalovanın meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisənin ehtiyatsızlıq baş verdiyi ehtimal edilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az
Bağla X