Dünən Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksək olub Dünən Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksək olub

İsti havalar davam edəcək

Dünən Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksək olub



Mayın 1-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3 dərəcə yüksək olub. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, hava şəraitinin mülayim və isti keçməsinin səbəbi cənubdan daxil olan isti hava kütlələridir. Belə isti hava şəraiti bu həftənin sonuna kimi davam edəcək. Bu günlər ərzində hava şəraitinin iqlim normasından yüksək olacağı gözlənilir.

AzNews.az