Mayın 1-də saat 18.00 radələrində Naftalan şəhərinin ərazisində ağır yol qəzası baş verib Mayın 1-də saat 18.00 radələrində Naftalan şəhərinin ərazisində ağır yol qəzası baş verib

Naftalanda qəza: 7 yaralı

Mayın 1-də saat 18.00 radələrində Naftalan şəhərinin ərazisində ağır yol qəzası baş verib



Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Elgiz Ağayevin idarə etdiyi "Mercedes" markalı və Nazim Əhədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış E.Ağayev və sərnişinləri, Naftalan şəhər sakinləri Nuridə Mirzəyeva, Davud Məmmədov, Afaq Məmmədova, Elçin Ağayev, Nurlan Ağayev, habelə N.Əhədov xəstəxanaya yerləşdirilib.

N.Ağayevin vəziyyəti orta ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hadisə ilə əlaqədar Naftalan ŞPŞ tərəfindən araşdırma aparılır

AzNews.az