Bakının mərkəzində yol qəzası

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, hadisə nəticəsində iki maşın toqquşub. 90 DE 454 nömrə nişanlı "Prado" markalı avtomobil yolun kənarında saxladığı vaxt "90 MC 184 " nömrə nişanlı "Nissan Maxima" onu vurub.

Hadisə baş verən yolda tıxac yaranıb.

Hər iki maşına ciddi ziyan dəyib.

Ruhiyyə
AzNews.az