18:57
(077) 610-22-33

Bakıda sürücülərə qarşı reydlər keçirilir

  • >
217 2 May 2013 13:16 | Hadisə

Bakıda avtobus sürücülərinə qarşı reydlər keçirilir.

Bakı Şəhər Dövlət Yol Polisinin (BŞDYP) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, metronun "Koroğlu" stansiyasının qarşısında yol polisi avtobus sürücüləri arasında nizam-intizam yaradılması və avtobusların iştirakı ilə baş verən qəzaların minimuma endirilməsi üçün reydlərə başlayıb. Reyd zamanı avtobusları sürücülük vəsiqəsi olmadan idarə edən 12 nəfər, dayanacaqdan kənarda saxlayan 30-a yaxın sürücü haqqında tədbir görülüb.

Reyd zamanı saxlanılan avtobusların təxminən 70 faizində texniki pasport olmadığı üçün protokol tərtib edilib.

AzNews.az
Bağla X