Gəncədə yol polisi əməkdaşlarına qarşı zor tətbiq edilib, xidməti avtomobillərin şüşələri sındırılıb Gəncədə yol polisi əməkdaşlarına qarşı zor tətbiq edilib, xidməti avtomobillərin şüşələri sındırılıb

Yol polislərini döydülər - Gəncədə

Gəncədə yol polisi əməkdaşlarına qarşı zor tətbiq edilib, xidməti avtomobillərin şüşələri sındırılıb



Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şöbənin iki əməkdaşı, taqım komandiri Eldəniz Həsənov və inspektor Ceyhun İmanov şəhərin Ruzigar Qasımov küçəsində xidmətdə olarkən onlara qarşı zor tətbiq edilib.
Məlumatda bildirilir ki, yol polisi əməkdaşlarının qarşısını kəsən avtomobildən düşən, 23 yaşlı Elməddin Quliyev, 28 yaşlı Könül Nağıyev və 32 yaşlı Kamal Nağıyev heç bir səbəb olmadan "BMW" markalı polis avtomobilinin ön və yan şüşələrini qıraraq, avtomobili təpikləməyə başlayıb, polis əməkdaşlarını nalayiq sözlərlə təhqir ediblər. Çağırılan kömək nəticəsində yol polisi əməkdaşlarına qarşı zor tətbiq edənlər saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az