19:37
(077) 610-22-33

Attraksionlardan pulsuz istifadə ediləcək

  • >
146 2 May 2013 14:25 | Hadisə

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar uşaqların Dənizkənarı Milli Park ərazisindəki attraksionlardan pulsuz istifadə edəcəyi gözlənilir. Bunu Trend-ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, uşaqların attraksionlardan pulsuz istifadə edə biləcəyi dəqiq tarix bir neçə gün sonra elan ediləcək.

Məcidov bildirib ki, ümummilli liderin anım günündə, adətən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də müxtəlif tədbirlər keçirilir. Bu il də həmin tədbirlərin keçiriləcəyi gözlənilir.

AzNews.az
Bağla X