20:37
(077) 610-22-33

DİN qəza ilə bağlı məlumat yayıb

  • >
166 2 May 2013 14:28 | Hadisə

Zərdab rayonunun Bəyimli qəsəbəsinda baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin ölümü ilə nəticələnib



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 1-də saat 15:00 radələrində Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində Hacıqabul rayon sakini Nadir Hüseynovun idarə etdiyi "Shacman" markalı və Laçın rayon sakini Taciəddin Məmiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşub.

Nəticədə Məmiyev və sərnişinlərindən atası Müslüm, bacısının oğlu Ramazan Həsənov hadisə yerində ölüb, xəsarət almış bacısı Sehrayə Məmiyeva isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Zərdab Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az
Bağla X