Mingəçevirdə maşın su kalanına düşdü - 3 ölü

Mingəçevir şəhəri, Mingəçevir-Yevlax yolunun 6-ci kilometrliyində 1992-ci il təvəllüdlü Xanəliyev Ayxan Sabir oğluna məxsus "Hyundai" markalı minik avtomobili su kanalına düşüb. Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan 2 nəfər sərnişin- 1977-ci il təvəllüdlü İsmayılov Cahid Zakir oğlu, 1990-cı il təvəllüdlü Beydiyev Xəyal Nazim oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə çıxarılaraq Təcili Tibbi Yardım Ximətinə təhvil verilib.

Digər meyitlər isə əhali tərəfindən çıxarılaraq Yevlax rayon Mərkəzi xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 01:50-də başa çatıb.

Elnarə
AzNews.az