Suriyada hökumət qüvvələrinin Beyda yaşayış məntəqəsinə hücumu nəticəsində aralarında uşaq və qadın olmaqla ən azı 50 nəfər həlak olub Suriyada hökumət qüvvələrinin Beyda yaşayış məntəqəsinə hücumu nəticəsində aralarında uşaq və qadın olmaqla ən azı 50 nəfər həlak olub

Suriyada toqquşma: 50 ölü

Suriyada hökumət qüvvələrinin Beyda yaşayış məntəqəsinə hücumu nəticəsində aralarında uşaq və qadın olmaqla ən azı 50 nəfər həlak olub



APA-nın verdiyi xəbərə görə, Beyda şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər ötən günün səhər saatlarından davam edir. Ordu birləşmələri şəhərə daxil olduqdan sonra yaşayış məntəqəsi ilə telefon və internet əlaqəsi qırılıb. Hüquq müdafiəçilərin məlumatına görə, qurbanların sayı 100 nəfərə yaxın ola bilər.

Xəbərdə qeyd olunur ki, Beyda şəhərindəki döyüşlərdə hökumət qüvvələrinin 6 hərbçisi ölüb, 20 nəfəri isə yaralanıb.

AzNews.az