21 yaşlı gəncin vəziyyəti ağırdır, o, Bakıya gətirilib 21 yaşlı gəncin vəziyyəti ağırdır, o, Bakıya gətirilib

Şamaxıya ilan hücumu: əhaliyə xəbərdarlıq edildi

21 yaşlı gəncin vəziyyəti ağırdır, o, Bakıya gətirilib



Havaların son 2 gündə kəskin istiləşməsi Şamaxıda ilanları aktivləşdirib. Artıq bunun mənfi nəticələri də özünü göstərməkdədir. Belə ki, 21 yaşlı şəhər sakinini evinin yaxınlığında ilan vurub.

AzNews.az-a daxil olan məlumata görə, Bakıya gətirilən gənc oğlanın vəziyyəti ağırdır. Bu barədə məlumatı əməkdaşımıza Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Şöbə müdirinin sözlərinə görə, təcili olaraq paytaxta gətirilən oğlanın vəziyyəti ağır olaraq qalır. Qeyd edək ki, bu ilan sancması ilə bağlı artıq ikinci hadisədir.

Ölkədə ilan, əqrəb və qara qurd sancmalarına qarşı zərdabın kifayət qədər olduğunu deyən A. Maqsudov insanları ehtiyatlı olmağa çağırıb.

Elnarə
AzNews.az