00:33
(077) 610-22-33

45 minə yaxın dövlət müəssisəsi özəlləşdirilib

  • >
276 3 May 2013 10:00 | Hadisə

Azərbaycanda dövlətsizləşdirmə proqramı çərçivəsində təxminən 45 minə yaxın kiçik dövlət müəssisə və obyekt özəlləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "Heydər Əliyev və Azərbaycanda mülkiyyət sahəsində islahatlar" elmi-praktik konfransında çıxışı zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, bundan başqa 5,3 mindən artıq müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi, həmçinin investisiya müsabiqələrinə yolu ilə təxminən 100 dövlət müəssisəsi özəlləşdirilib.

İnvestisiya yolu ilə özəlləşdirilən müəssisələrə 825 milyondan artıq sərmayə yatırılıb. Bu müəssisələrdə 16,2 mindən artıq yeni iş yeri açılıb.

Həsənov vurğulayıb ki, proqramın fəaliyyəti çərçivəsində 850 mindən artıq daşınmaz əmlaka mülkiyyət hüququ qeydiyyata alınıb.

AzNews.az
Bağla X