Bakıda, çayxanada qumarxana aşkarlandı

Bakıda qumarxana aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisindəki çay evində oranın icarədarları - Bakı şəhər sakini Timur Məhəmmədovun, Rusiya Federasiyası vətəndaşı Elşən Bəxtiyarovun və Ukrayna vətəndaşı Ruslan Şaripovun mərc oyunları təşkil etmələri müəyyən edilib.

Çay evinə baxış zamanı 5.000 manat dəyərində 322 ədəd qəbz kötükləri, 1 ədəd noutbuk, 1 ədəd printer, 3 ədəd televizor, 1 ədəd modem, 1 ədəd antena bloku, 1 ədəd "Ödənilib" sözü yazılmış ştamp və müştərilərdən alınan 1636 manat, 13000 rubl və 100 dollar aşkar edilərək götürülüb.

AzNews.az