“O, yeməyə baxaraq, başını buladı və dedi ki…” “O, yeməyə baxaraq, başını buladı və dedi ki…”

Şirkət rəhbəri tətilçi fəhlələrlə görüşdü

“O, yeməyə baxaraq, başını buladı və dedi ki…”



Məlum olduğu kimi, Ələt Astara yolunun çəkilişini həyata keçirən "Todini" şirkətində çalışan sürücülərdən sonra da fəhlələr tətil edərək əmək haqqlarının artırılmasını tələb edib.

Fəhlələrin tələbləri ilə bağlı müzakirələr aparmaq məqsədi ilə onlarla görüşəcəyini vəd edən "Todini" şirkətinin Azərbaycan layihəsinin rəhbəri Della Ratta bu gün vədinə əməl edib.

Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, görüş nahar fasiləsinə təsadüf etdiyindən fəhlələr Della Rattanı nahar etdikləri kondisioneri olmayan vaqona apararaq yemək yeməsini təklif ediblər:

"O, isə yeməyə baxaraq başını buladı və dedi ki, ona hər şey aydındır. Əmək haqqı ilə bağlı tələbə isə cavab olaraq isə yalnız 10 faizlik artıma imkanları olduğunu deyib. Fəhlələr bununla razılaşmadıqları üçün mayın 6-da yeni bir müzakirənin aparılması razılaşdırılıb".

Ruhiyyə
AzNews.az