05:33
(077) 610-22-33

Məhkumlar qan verdilər - FOTO

  • >
65 3 May 2013 19:35 | Hadisə

Talassemiya xəstəliyindən əziyyət əkən uşaqlar üçün qanvermə aksiyaları Penitensiar Xidmət üzrə davam etdirilib.


Ədliyyə Nazirlyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Penitensiar Xidmət üzrə talassemiya xəstəliyindən əziyyət əkən uşaqlar üçün qanvermə aksiyaları keçirilib.

Xidmətin Baş idarəsinin əməkdaşları Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində mayın 1-2-də keçirilən qanvermə aksiyasında xüsusi fəallıq göstəriblər.

Bu təşəbbüsə xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar da qoşulublar. Belə ki, cəza çəkənlərin çoxsaylı müraciətlərinə əsasən, belə bir aksiya mayın 3-də 9 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Qanvermə aksiyasının həyata keçirilməsi üçün Penitensiar Xidmət və Tibb Baş idarəsi tərəfindən müəssisədə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlarına lazımi şərait yaradılıb. Aksiya zamanı 102 nəfər məhkum tərəfindən verilmiş qan zəruri laborator analizlərdən keçirilib və Mərkəzi Qan Bankına daxil edilib.

AzNews.az
Bağla X