Xaçmazda qatil həbs olundu

Xaçmaz rayonunda qətl törədən şəxs həbs edilib.

Rayondan AzNews.az-a verilən xəbərə görə, aprelin 16-da Xaçmaz şəhər sakini, 31 yaşlı İbrahimov Samir Nadir oğlunu qətlə yetirən Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ramin Məmmədov aprelin 16-da axşam saatlarında İbrahimov Samir Nadir oğlunu bıçaqlayaraq qətlə yetirib. Qətlə yetirilən şəxsin iki övladı var.

Ruhiyyə
AzNews.az