Ağdaş sakininin meyiti kanaldan tapıldı

AzNews.az-a verilən xəbərə görə, Ağdaş rayon Ərəb kənd sakini 1968-ci il təvəllüdlü İbrahim Məmmədovun meyidi tapılıb. Bu gün onun cəsədi Şirvan kanalının Göyçay rayonunun Şəhadət-Qarabağlar kəndindən keçən hissəsində aşkarlanıb.

Qeyd edək ki, İ,Məmmədov aprelin 28-dən itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti Sularda "Aran" dalğic-axtariş qrupu aprelin 30-dan axtarışlara başlasa da, indiyədək heç bir nəticə hasil olmamışdı.
Nəhayət, bu gün cəsəd kanala düşdüyü yerdən 15 kilometr aralıda tapılıb.

Ruhiyyə
AzNews.az