Təhsil naziri Mikayıl Cabbarov bundan sonra nazirliyin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə münasibətlərinin necə olacağına aydınlıq gətirib Təhsil naziri Mikayıl Cabbarov bundan sonra nazirliyin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə münasibətlərinin necə olacağına aydınlıq gətirib

Mikayıl Cabbarov TQDK ilə münasibətlərindən danışdı

Təhsil naziri Mikayıl Cabbarov bundan sonra nazirliyin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə münasibətlərinin necə olacağına aydınlıq gətirib



APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, bundan sonra Təhsil Nazirliyinin bu sahədə fəaliyyət göstərən hər bir dövlət qurumu və orqanı ilə münasibətləri qarşılıqlı hörmət, qanunun aliliyi və Azərbaycan vətəndaşlarının mənafeyi naminə qurulacaq. Nazirin sözlərinə görə, təhsil sahəsindəki islahatlar "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasına əsasən həyata keçiriləcək.

Nazir qeyd edib ki, dərsliklərlə bağlı məsələdə də Təhsil Nazirliyi müvafiq qurumlarla, Dərslikləri Qiymətləndirmə Şurası və müəlliflərlə lazımi tədbirlər həyata keçirəcək: "Təhsil nazirliyi daha çox maraqlıdır ki, dərsliklərin keyfiyyəti ildən-ilə təkmilləşdirilsin və mükəmməlləşdirilsin. Ona görə də qurumlarla müvafiq tədbirlər həyata keçiriləcək".

AzNews.az