Yasamalda 16 mərtəbəli binasının 13-cü mərtəbəsində yanğın baş verib Yasamalda 16 mərtəbəli binasının 13-cü mərtəbəsində yanğın baş verib

Bakıda binada yanğın

Yasamalda 16 mərtəbəli binasının 13-cü mərtəbəsində yanğın baş verib



Bakı şəhəri, Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində vətəndaşa məxsus yaşayış evində yanğın baş verib. AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 128 kv.m olan üçotaqlı mənzilin bir otağı, dəhlizi, hamamı və ev əşyaları yanıb. Mənzilin qalan hissəsi isə yanğından mühafizə olunub.

Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az