19:19
(077) 610-22-33

Bu gün 33 dərəcə isti olacaq

  • >
367 5 May 2013 09:40 | Hadisə

Bu gün Bakıda və Abşeron yarımadasında hava az buludlu, əsasən yağmursuz keçəcək.


Temperatur gecə 12-17°, gündüz 25-29°, bəzi yerlərdə 31°-dək isti olacaq.

Bakıda gecə 15-17°, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 11-16°, gündüz 28-33°, dağlarda gecə 8-13° isti, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 10-15°, gündüz 26-30°, bəzi yerlərdə 32°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 8-13° isti, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 12-17°, gündüz 27-32° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 12-17°, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 11-16°, gündüz 28-33° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda zəif duman olacaq. Temperaturun gecə 14-17°, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

AzNews.az
Bağla X