03:48
(077) 610-22-33

İranda həbs edilən Xalidə Xalidin sürücüsü azadlığa buraxıldı

  • >
229 5 May 2013 21:30 | Hadisə

İranda həbs edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalidin sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.

Trend-ə bu barədə İnstitutun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri, Xalidə Xalidin elmi rəhbəri Vaqif Arzumanlı deyib.

Onun sözlərinə görə, bu haqda ona Şamxal Hüseynovun həyat yoldaşı

Fatimə Hüseynova və qardaşı Nicat Hüseynov məlumat verib.

"Həftənin cümə axşamı günü Şamxal Hüseynov yoldaşı Fatimə Hüseynovaya zəng edərək bildirib ki, onu azadlığa buraxıblar. Yaxın günlərdə Şamxal Hüseynov Bakıya gələcək" - deyə Arzumanlı əlavə edib.

O, bildirib ki, İranın rəsmi qaydalarına görə, xarici vətəndaşlara hər hansı hadisəyə görə təqsirləndirilmiş və ya həbs edilmiş, sonradan isə azadlığa buraxılmış İran vətəndaşları ilə görüşmək qadağandır.
İran XİN də məlumat yayaraq bildirib ki, Azərbaycan vətəndaşları qeyri-qanuni əlaqələr qurmaqda - qanunla qadağan edilmiş şəxslərlə görüşməkdə ittiham edilirlər.

Qeyd edək ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

AzNews.az
Bağla X