Baş nazirin korteji atəşə tutuldu

Misirin baş naziri Hişam Kandilin kortejinə atəş açılıb. "Reuters" xəbər verir ki, Dokkiyə səfər edən baş nazirin kortejinə maşını daxil etmək istəyən şəxslə təhlükəsizlik qüvvələri arasında yaranan mübahisə atəşlə nəticələnib. "Hadisə siyasi xarakter daşımayıb" deyə Misirin hüquq-mühafizə orqanları bildirib.

Polis atəşin açıldığı maşını saxlaya bilib. Maşında 19-25 yaşlı 5 gəncin olduğu bildirilir. Onlar kortejin baş nazirə məxsus olduğunu bilməyiblər.

Elnarə
AzNews.az