TQDK sədri Gəncə və Qazax sakinləri ilə görüşəcək - Siyahı

AzNews.az komissiyanın saytına istinadən xəbər verir ki, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qazax rayonunda keçiriləcək qəbulda Qazax, Agstafa və Tovuz rayon sakinləri iştirak edə bilərlər.

Gəncə şəhərində qəbul mayın 15-də TQDK-nın Gəncə regional bölməsində (ünvan: Heydər Əliyev meydanı, inzibati bina) , Qazax şəhərində qəbul mayın 16-da Qazax Şahmat Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə tel: (022) 256-50-67) xahiş olunur.

Bundan əlavə, TQDK Gəncə regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Şəmkir, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Daşkəsən, Samux, Qazax, Ağstafa, Tovuz rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar:

Şəmkir rayonu üzrə - 02 may 2013-cü il,
Gədəbəy rayonu üzrə - 02 may 2013-cü il,
Göygöl rayonu üzrə - 03 may 2013-cü il,
Naftalan şəhəri üzrə - 03 may 2013-cü il,
Goranboy rayonu üzrə - 06 may 2013-cü il,
Daşkəsən rayonu üzrə - 07 may 2013-cü il.
Samux rayonu üzrə - 08 may 2013-cü il
Qazax rayonu üzrə - 13 may 2013-cü il
Ağstafa rayonu üzrə - 13 may 2013
Tovuz rayonu üzrə - 14 may 2013-cü il

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzNews.az