19:53
(077) 610-22-33

Putin Söyün Sadıqovu Londona aparır – EKSKLÜZİV

  • >
444 6 May 2013 12:04 | Hadisə

“Azerros” rəhbəri Rusiya prezidentinin təyyarəsində



Sambo idman növünün yaranmasının 75 illiyi ilə əlaqədar Londonda keçiriləcək yubileydə iştirak etmək üçün "Azerros"un fəxri prezidenti Söyün Sadıqova dəvət məktubu göndərilib.

Sadıqovdan başqa sambo həvəskarı olan və usta dərəcəsi daşıyan Rusiya prezidenti Vladimir Putin də Londona gedəcək.

Səfər iyun ayının 11-ə planlaşdırılıb. Məlumatlı mənbənin AzNews.az-a dediyinə görə, Söyün Sadıqov Rusiyadan gedən bir neçə nümayəndəylə birgə prezident təyyarəsində Londona uçacaq və geri dönəcək.

Maraqlısı isə, nümayəndə heyətinin tərkibinə, vur-tut SSRİ idman ustası olan və heç bir beynəlxalq uğuru olmayan keçmiş samboçu Söyün Sadıqovun salınmasıdır. Çünki istər keçmiş SSRİ-də, istərsə də elə Rusiyanın özündə sambo üzrə dünya çempionu olan onlarla nüfuzlu idmançılar var və onlar dəvətlilər siyahısına salınmayıb.

Sübhan
AzNews.az

Bağla X