Quba kəndlərinə canavar hücümu

Qubada 2 kənddə - Ansarqışlaq və Bağbanlı kəndlərində canavar əhalinin mal-qarasına hücum edib.

AzNews.az-a rayondan verilən xəbərə görə, bu gün günorta saatlarında Ansarqışlaq kəndində canavar Məzahir Şükürova məxsus torpaq sahəsində 2 iribuynuzlu heyvanı parçalayıb.

Heyvanlardan biri 70, digəri isə təqribən 100 kiloqram olub.

Rayonun Bağbanlı kənd sakini, kənd müəllimi Məzahir Mütəllimovun 100 kiloqrama yaxın olan iribuynuzlu heyvanını da canavar parçalayıb.

Ruhiyyə
AzNews.az