11:53
(077) 610-22-33

Gülər Əhmədova huşunu itirib – Özəl

  • >
224 6 May 2013 13:01 | Hadisə

ONUN SƏHHƏTİNDƏKİ PROBLEMLƏR GETDİKCƏ ARTIR




"Gülər Əhmədovanın səhhətindəki problemlər son zamanlar özünü daha tez-tez göstərir. Son günlərdə bir neçə dəfə huşunu itirib. Yalnız həkim müdaxiləsindən sonra vəziyyəti normallaşıb".

Bunu AzNews.az-a hazırda istintaq təcridxanasında saxlanılan sabiq deputat G.Əhmədovanın vəkili Raqif Mustafayev bildirib: "Biz məhkəmə prosesində də bəyan edəcəyik ki, Gülər Əhmədovanın həbsinin heç bir qanuni əsası yoxdur".

Mayın 13-ə qədər keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində G. Əhmədovanın iştirakına gəlincə, vəkil müdafiə etdiyi şəxsin məhkəməyə gətiriləcəyini bildirib: "Yəqin ki, Gülər Əhmədova məhkəməyə gətiriləcək".

Elnarə
AzNews.az
Bağla X