03:36
(077) 610-22-33

Müğənni Tunara 1 illik qadağa - VİDEO

  • >
763 7 May 2013 07:43 | Hadisə

Respublika ərazisində bu ilin 4 ayı ərzində 646 yol nəqliyyat hadisəsi baş verib ki, bunun nəticəsində 258 nəfər dünyasını dəyişib.

691 nəfər isə müxtəlif dərəcəli bədən xəsəratləri alıb.

Respublika ərazisində baş verən qəzaların ümumi sayının tən yarısı paytaxtın payına düşür. Belə ki, bu ilin 4 ayı ərzində respublika ərazisində baş verən 646 qəzadan 321-i Bakı şəhəri üzrə qeydə alınıb.

BŞDYP-nin şöbə rəisi, Vaqif Əsədov: "108 nəfər ölüb. 328 nəfər yaralanıb. Təkcə aprel ayı ərzində 100 hadisə 28 ölü 117 yaralı olub".

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il yol nəqliyyat hadisələrinin sayının artdığını deyən Vaqif Əsədov qəzaların baş vermə səbəblərini də açıqladı. Sürət həddinin aşılması, piyadaların vurulması, ötmə manevr etmə qaydalarının pozulması yenə qəzalara liderlik edən əsas səbəblərdən biri olub. Elə ötmə manevr etmə qaydalarını kobud şəkildə pozan sürücülərdən biridə Müğənni Tunar Rəhmanoğlu olub.

Xəbərlə bağlı yerləşdirdiyimiz videoda müğənni Tunarın avtoxuliqanlığlı və onun polislər tərəfindən həbs edilməsi də öz əksini tabəb. Xatırladaq ki, Tunar yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə, 10 sutka azadlıqdan məhrum edilib. Eyni zamanda bir il müddətində avtomobil idarə etməsinə qanunla qadağa qoyulub.//anspress//


AzNews.az


Bağla X